Bundan başqa, molla rejimi aksiyalara görə baş tutan uşaq qətliamlarını da ört-basdır edir.
![]() |
İranda etirazlarda iştirak edən iki yeniyetmə edam olunacaq |
Öldürülən azyaşlılar haqqında bəzi məlumatlar isə belədir: Ölənlərdən 44-ü 18 yaşına çatmamış uşaq və ya yeniyetmədir. 44 uşaqdan 18-i bəluc, 10-u kürd, 60%-i İranın sünni azlığına mənsub bölgələrinin nümayəndələridir.
Ölənlərin böyük əksəriyyəti (44 nəfərdən 39-u) oğlanlardır, ən kiçiyinin iki yaşı var. Onlardan 34-ü odlu silahla vurulub. Qeyd edək ki, İranda etiraz aksiyalarında ölənlərin sayı ən azı 448 nəfər göstərilir.
“Amnesty International” həmçinin həyəcan təbili çalaraq bəyan edib ki, yeni edam qərarlarında uşaqların da adları var: "İranda ümummilli etirazlarla əlaqədar 3-ü uşaq olmaqla azı 28 nəfər edam oluna bilər. Artıq 6 nəfər saxta məhkəmələrdə edam cəzasına məhkum edilib. Rejim insanlarda qorxu yaratmaq və xalq üsyanına son qoymaq üçün ölüm hökmündən istifadə edir”.
AzVision.az