Obama Suriya lideri ilə görüşdü

Obama Suriya lideri ilə görüşdü
  14 May 2014    Oxunub:1066
ABŞ prezidenti Barak Obama ötən gün Suriya müxalifət koalisiyasının lideri Əhməd Carba ilə görüşüb.
Bu abrədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verib.

Məlumata əsasən, ABŞ prezidenti özünün milli təhlükəsizlik üzrə müşaviri Syuzan Raysla Carbanın Vaşinqtonda keçirilən görüşə qatılıb.

“Görüş zamanı tərəflər Suriya böhranının sülh yolu ilə həll olunmalı olduğunu bildirib”, -deyə Ağ Evin görüşlə bağlı yaydığı məlumatda bildirilir.

Carba öz növbəsində Suriya müxalifətinə 287 milyon avro həcmində maliyyə, həmçinin humanitar yardım ayırdığına görə, Obamaya öz təşəkkürünü bildirib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti