"Gecə xəlvətcə bizə nazlı dron gəlmiş idi..."

// Rusiya İran PUA-larını Ukraynada niyə gecələr işə salır?

 "Gecə xəlvətcə bizə nazlı dron gəlmiş idi..."
  19 Dekabr 2022    Oxunub:2992
Ukrayna ordusu dünən gecə növbəti dəfə xeyli İran PUA-sını məhv edib. Maraqlıdır ki, ruslar "Şahed" və digər İran istehsalı olan bu dronları hava qaralandan sonra işə salmağa başlayırlar. Əslində isə aktiv döyüşlər gündüz saatlarında gedir. Dronlardan da əsasən əməliyyatlara dəstək məqsədilə istifadə olunmalıdır. Belə olan təqdirdə ukraynalıların lağa qoyaraq, "moped" adı verdikləri "şahed"lər niyə gecələr istifadə olunur?
Ukrayna ordusu: "Gecə 30 İran PUA-sı məhv edilib"
Məsələ ondadır ki, digər ölkələrin kamikadze PUA-larından fərqli olaraq, İranın tələsik və keyfiyyətsiz şəkildə istehsal etdiyi bu pilotsuz təyyarələr uçarkən həm çox səs-küy salır, həm də hərbi-texniki vasitələrlə asanlıqla aşkarlanırlar. Hətta bir ukraynalı əsgər gündüz diqqətlə müşahidə aparsa, nəinki onları vizual olaraq görə, gurultulu səsdən dronun hansı istiqamətdən və hansı hündürlükdə uçduğunu da tez aşkarlaya bilər. Bundan başqa, hava hücumundan müdafiə vasitələri də gündüz saatlarında bu hədəfləri asan üzə çıxara bilirlər.

İran dronları indiyə kimi atıcı silahlarla, pulemyotlarla rahat şəkildə vurularaq, sıradan çıxarılıb.

Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat da bu məsələyə toxunub. O qeyd edib ki, Rusiya tərəfindən İran PUA-larının istifadəsində müəyyən tendensiya yaranıb. Bu isə həmin pilotsuz təyyarələrin 22:50-dən səhər 5:00-a qədər işə salınmasıdır. İqnat sözügedən tendensiyanı İran silahlarının gündüz vaxtlarında tez aşkarlana bilməsi ilə əlaqələndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   PUA   Dron  





Xəbər lenti