Paşinyan özünə müavin təyin etdi

   Paşinyan özünə müavin təyin etdi
  19 Dekabr 2022    Oxunub:704
Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan respublikanın baş nazirinin müavini təyin ediləcək. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin bazar ertəsi verdiyi məlumata görə, bunu baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.
“Bildirmək istəyirəm ki, bu gün biz bu məsələni respublika prezidenti ilə müzakirə etdik və indiyədək maliyyə naziri vəzifəsində çalışmış Tiqran Xaçatryan baş nazirin müavini vəzifəsinə təyin ediləcək",- Paşinyan bildirib.

O qeyd edib ki, maliyyə naziri isə Xaçatryanın müavini Vahe Hovhannisyan olacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti