Mask sorğu keçirdi: "Twitter"in rəhbərliyindən istefa verməliyəmmi?

12 saat davam edəcək sorğuda artıq 1,32 milyon istifadəçi iştirak edib. Səs verənlərin 53%-i Maskın "Twitter"in rəhbəri vəzifəsindən getməli olduğuna inanır.
Qeyd edək ki, Mask "Twitter"i satın aldıqdan dərhal sonra baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla, şirkət rəhbərliyinin bir neçə üzvünü işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə məlum olur ki, Mask direktorlar şurasını ləğv edib və şirkətin yeganə rəhbəri olub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: