"Ermənilər dəhlizə görə yollarda qalıblar" - Paşinyan gileyləndi

   "Ermənilər dəhlizə görə yollarda qalıblar" -    Paşinyan gileyləndi
  19 Dekabr 2022    Oxunub:722
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Laçın dəhlizində ekoloji terrorla bağlı keçirilən etiraz aksiyasından danışıb.
AzVision.az xəbər verir ki, bununla bağlı “Twitter”də paylaşım edən baş nazir gileylənib ki, Qarabağda yaşayan ermənilər dərman və tibbi xidmətdən məhrum olublar.

“8 gündür ki, Laçın dəhlizi Azərbaycan tərəfindən bağlanıb və ermənilər soyuqda yollarda qalıblar. Onların ailələri isə bağlanan yolun əks tərəfindədir. Səhhətində ciddi problemlər olanlar dərman və tibbi yardımdan məhrumdurlar”, - Paşinyan yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti