Olland: “Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək”

Olland: “Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək”
  14 May 2014    Oxunub:1116
Fransua Olland mayın 25-də Ukraynadakı seçkilərinin baş tutmayacağı təqdirdə Rusiya və rusmeylli qüvvələrə qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair söz verib.
AzVision.az-ın məlumatına görə, bu barədə Fransa prezidenti gürcü həmkarı Georgi Marqvelaşvili ilə Tbilisidə keçirilən görüş zamanı bildirib.

“Bizim Rusiya məsələsində sərt mövqeyimiz olmalıdır. Prezident seçkiləri baş tutmayacağı və ya Ukraynada vəziyyətin yenidən gərginləşəcəyi təqdirdə ona qarşı sanksiyalar daha da sərtləşdiriləcək”, - deyə Olland vurğulayıb.

Öz növbəsində Georgi Marqvelaşvili separatçıların keçirdiyi referendumu tanımadıqlarını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti