Dünya Bankı Ukrayna səhiyyəsinin bərpasına 100 milyon avro verəcək

Dünya Bankı Ukrayna səhiyyəsinin bərpasına 100 milyon avro verəcək
  17 Dekabr 2022    Oxunub:1073
Ukrayna səhiyyə sisteminin bərpası üçün Dünya Bankından 100 milyon avro alacaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsi haqqında protokol imzalanıb.

Bu pul psixi sağlamlığın qorunması və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılması və s. istiqamətdə xərclənəcək.

AzVision.az



Teqlər: Ukrayna   Səhiyyə  





Xəbər lenti