Merkel separatçılarla razılaşmağa hazırdır

Merkel separatçılarla razılaşmağa hazırdır
  14 May 2014    Oxunub:842
Almaniya kansleri Anqela Merkel Ukraynadakı separatçıların ATƏT-in təşkil edəcəyi dəyirmi masada iştirak etməsinə razıdır.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Almaniya kanslerinin sözlərinə görə, zorakılığa qarşı çıxan qüvvələr danışıqlarda iştirak etməli deyil: “Öz problemlərinin həll edilməsi üçün zorakı vasitələrdən istifadə etmək yolverilməzdir”.

Ümumilikdə Merkel Ukrayna böhranı dəyirmi masa üzvilərinin sayının genişləndirilməsini dəstəkləyib. O, bildirib ki, ATƏT çərçivəsində tərəflər arasında ilk belə görüş mayın 14-də baş tutacaq.

Eyni zamanda Almaniya kansleri bir daha bəyan edib ki, onun ölkəsi Ukraynanın cənub-şərqində keçirilən referendumları tanımaq niyyətində deyil.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti