Papa: "Milad hədiyyəsi kimi sülh istəyirəm"

      Papa:    "Milad hədiyyəsi kimi sülh istəyirəm"
  17 Dekabr 2022    Oxunub:869
Papa Fransisk Milad bayramında hansı hədiyyəni arzuladığını açıqlayıb. AzVision.az İspaniyanın ABC nəşrinə istinadən xəbər verir ki, o qəzetə müsahibəsində "bir az sülh" istədiyini deyib.
"Bir az sülh. Dünyada nə qədər müharibə var! Ən çox Ukraynadakı müharibə bizi narahat edir. Amma gəlin on üç ildir vuruşan Myanma, Yəmən, Suriyanı xatırlayaq", - pontifik İspaniya nəşrinə açıqlamasında vurğulayıb.

O işi ilə bağlı danışarkən "küçələrdə gəzə bilməməyi" ən çətini məsələ sayıb.

Papa: “Üçüncü Dünya müharibəsini yaşayırıq”
- Küçələrdə gəzə bilməmək, çölə çıxa bilməmək. Buenos-Ayresdə mən çox sərbəst idim. İctimai nəqliyyatdan istifadə edirdim, insanların hərəkətini izləməyi xoşlayırdım, - Papa gileylənib.

Qeyd edək ki, şənbə günü Roma papasının 86 yaşı tamam oldu. Fransisk (Xorxe Mario Berqoglio-red.) 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə italyan mühacir ailəsində anadan olub. 13 mart 2013-cü ildə XVI Benediktin taxtdan getməsindən sonra o, 266-cı Papa seçildi. Fransisk həmçinin ilk pontifikdir ki, Latın Amerikasındandır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Papa   Sülh  





Xəbər lenti