Kral və kraliça virusa yoluxdular

Bəyanata əsasən, dekabrın 16-da axşam saatlarında 70 yaşlı kral və kraliçanın koronavirus testi onların infeksiyaya yoluxduğunu aşkara çıxarıb. Kral ailəsinin xəstəliyi yüngül simptomlarla keçirdiyinə baxmayaraq, həkimlər onlara səlahiyyətlərini bir müddət yerinə yetirməkdən çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, 69,6 milyon nəfər əhalisi olan Tailandda koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 13-də qeydə alınıb. Hazırda krallıqda virusa yoluxanların ümumi sayı 4,71 milyonu ötüb, 4,64 milyondan çox insan sağalıb, 33,3 min nəfər isə həyatını itirib.
AzVision.az
Teqlər: