Türkiyə sarsıldı: 201 ölü - VİDEO

Türkiyə sarsıldı: 201 ölü - VİDEO
  14 May 2014    Oxunub:1114
Türkiyənin Manisa əyalətində dəhşətli qəza baş verib.
Türkiyə bu səhər Manisanın Soma kəndindən gələn acı xəbərlə oyandı. AzVision.az-ın türk mətbuatına istibnadla verdiyi məlumata görə Soma kəndində özəl bir şirkətə məxsus mədəndə 2000 metr dərinlikdə baş verən partlayışdan sonra güclü yanğın əmələ gəlib. Nəticədə 201 nəfər həyatını itirib. 100-dən çox yaralı var.

Ölənlərin əsasən karbon zəhərlənməsi səbəbindən dünyasını dəyişdikləri bildirilir.

Məlumata görə, partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxdığından fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda təcili yardım maşını cəlb olunub.

Qeyd edək ki, xilasetmə əməliyyatları nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Bununla yanaşı, yerin altında təxminən 400-dək fəhlənin qaldığı ehtimal olunur.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub.

Bədbəxt hadisə təhlükəsizlik kameralarına belə düşüb.




Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti