"Gürcüstan Saakaşviliyə digər məhbuslardan daha çox pul xərcləyir" - Ədliyyə naziri

   "Gürcüstan Saakaşviliyə digər məhbuslardan daha çox pul xərcləyir" -    Ədliyyə naziri
  17 Dekabr 2022    Oxunub:675
Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşviliyə digər məhbuslara nisbətən daha çox pul xərcləyir.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin həbsxana və klinikalarda saxlanmasına ildə təxminən 200 min lari xərclənib. Adi məhbusa isə isə ildə orta hesanla 17 min 400 lari xərclənir.

Breqadze bildirib ki, Saakaşvilinin həbsdə olduğu dövrdə 1500-dən çox ziyarətçiyə ona baş çəkməyə icazə verilib. “Bir insana işgəncə versəydik, bu qədər insanı ona yaxın buraxardıq?” Breqadze əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti