Yaponiya İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi güc toplayıb

   Yaponiya İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi güc toplayıb
  17 Dekabr 2022    Oxunub:734
Yaponiya yeni milli təhlükəsizlik planını açıqlayıb.
Planda Yaponiyanın İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi güc topladığı qeyd olunub. Vurğulanıb ki, regional rəqiblərin artan təhdidləri qarşısında müdafiə xərcləri iki dəfə artırılıb. Tokioda çıxışı zamanı baş nazir Fumio Kisida bildirib ki, hökumət üç təhlükəsizlik sənədini təsdiqləyib:

“Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Strategiyası və Müdafiə Qüvvələrinin İnkişaf Planı Yaponiyanın getdikcə dəyişkən təhlükəsizlik mühitində müdafiə qabiliyyətini gücləndirmək üçündür. Yeni tədbirlər Yaponiyaya əks-zərbə qabiliyyətinə, fövqəladə və xüsusi şəraitdə başqa bir ölkənin ərazisinə birbaşa hücum etmək imkanına malik olan müddəaları əhatə edir”.

AzVision.az



Teqlər:





Xəbər lenti