KİV: Britaniyada nazirlərin iqamətgahlarında kokain izləri tapılıb

KİV: Britaniyada nazirlərin iqamətgahlarında kokain izləri tapılıb
  17 Dekabr 2022    Oxunub:697
Böyük Britaniyanın Baş naziri və ölkənin xarici işlər nazirinin iqamətgahlarında keçirilən ziyafətlərdən sonra həmin yerlərdə kokain izləri aşkarlanıb.
Bu barədə “The Guardian” mənbələrə istinadən yazıb. Xarici işlər nazirlərinin rəsmi Britaniya iqamətgahı olan “Chevening House”da işləyən mənbənin sözlərinə görə, Liz Trasın İngiltərənin baş naziri seçilməsinə bir neçə gün qalmış orada ağ toz tapılıb. Trasın bu iqamətgahda qonaqları qəbul etdiyi axşamlardan sonra iki dəfə tozun izlərinə rast gəlindiyi bildirilir.

Bundan əlavə, Boris Consonun Baş naziri olduğu dövrdə onun rəsmi iqamətgahında keçirilən iki şənlikdən sonra ağ toz qalıqları aşkarlanıb. Lakin, B. Conson bu tədbirlərdə iştirak etməyib. L. Trasın sözçüsü qəzetin məlumatını yalan adlandırıb, Consonun rəsmisi isə bu cür bəyanatlardan təəccübləndiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti