Amerika kəşfiyyatı: “TikTok” milli təhlükəsizliyə təhdid yaradır

      Amerika kəşfiyyatı:    “TikTok” milli təhlükəsizliyə təhdid yaradır
  17 Dekabr 2022    Oxunub:734
Amerika kəşfiyyatı hesab edir ki, “TikTok” sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns deyib. Amerikalı qanunvericilərin bu sosial şəbəkənin ABŞ-ın milli təhlükəsizliyini təhdid etməsi ilə bağlı fikirlərinə qoşulurmu sualına Berns müsbət cavab verib: “Düşünürəm ki, bu, “TikTok”un Çin şirkətinə məxsus olması baxımından ABŞ hökuməti üçün böyük narahatlıq doğurur”.

Onun fikrincə, Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək bacarığına malikdir. Uilyam Bernsə görə, bu, narahatlıq üçün səbəbdir.


AzVision.az



Teqlər:





Xəbər lenti