Aİ Ramzan Kadırovun qızlarına sanksiyalar tətbiq edib

   Aİ Ramzan Kadırovun qızlarına sanksiyalar tətbiq edib
  16 Dekabr 2022    Oxunub:1076
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə məruz qalan şəxslər arasında Çeçenistanın prezidenti Ramzan Kadırovun qızları Ayşat və Karina da var.
Sanksiya siyahısında olan digər şəxslər kimi onların da Aİ ölkələrinə səfəri qadağan olunacaq.

Kadırovun böyük qızı, "Firdaws" moda evinin rəhbəri Ayşat, eləcə də onun bacısı Karina daha əvvəl ABŞ-ın "qara siyahısı"na düşüb. Bunu şərh edən Ayşat okeanın o tayında uzaq bir ölkədə məşhurlaşacağını və adının hansısa siyanıda olmasını düşünmədiyini bildirib. Eyni zamanda, o, atasının həmişə “sadiq köməkçisi” olaraq qalacağını vurğulayıb.

Sanksiyalar Çeçenistan rəhbərinin həyat yoldaşı Medni Kadırova və onların qızı Təbarikə qarşı da tətbiq edilib.

Ramzan Kadırovun özü isə ona qarşı tətbiq edilən sanksiyaların çoxluğuna görə Rusiyanın Rekordlar Kitabı siyahısına salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti