Ancelina Coli BMT-dəki vəzifəsindən istefa verib

   Ancelina Coli BMT-dəki vəzifəsindən istefa verib
  16 Dekabr 2022    Oxunub:2873
Amerikalı məşhur aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə BMT QAK və Ancelina Colinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Komissiyası ilə bütün dünyada məcburi köçkünlərin hüquqlarını müdafiə edərək 20 ildən çox fədakarlıq edən Coli xüsusi elçi rolundan daha geniş humanitar və insan hüquqları məsələlərinə keçid edir.

"Biz onun onilliklər boyu xidmətinə, fədakarlığına və qaçqınlar və qaçmağa məcbur olmuş insanlar üçün gördüyü işlərə görə minnətdarıq. BMT QAK ilə uzun və uğurlu əməkdaşlıqdan sonra mən onun missiyasını dəyişmək və qərarını dəstəkləmək istəyini yüksək qiymətləndirirəm”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi əlavə edib.

Aktrisa BMT QAK-ın bu qədər görkəmli və fədakar əməkdaşları ilə işləmək imtiyazına və imkanına görə təşəkkürünü bildirib və gələcəkdə qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə yaratmaq niyyətində olduğunu qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti