46 milyard dollarlıq neft oğurlandı

Qeyd olunur ki, oğurlanmış neftin ümumi həcmi 619,7 milyon barel təşkil edib.
Neft sektoruna dəyən ciddi ziyana görə Nigeriya hökuməti NEITI ilə birlikdə oğurluq və itkiləri araşdırmaq üçün komitə yaradıb.
NEITI-nin Nigeriya bölməsinin nümayəndələri araşdırmada texniki yardım üçün təşkilata üzv ölkələrə müraciət edəcəklərini bildiriblər. Onlar vurğulayıblar ki, “bəzi Nigeriya məmurları şəxsi varlanmaları üçün əcnəbilərlə sövdələşiblər”.
Söhbət dünyanın ən böyük mədən şirkətlərindən biri olan İsveçrənin “Glencore” şirkətinin işindən gedir. O, Nigeriya Milli Neft Şirkəti ilə müqavilələr qazanmaq üçün yüksək vəzifəli Nigeriya məmurlarına rüşvət verməkdə şübhəli bilinir.
NEITI hasilat sənayesində gəlir şəffaflığı və hesabatlılığı təşviq edən beynəlxalq təşəbbüsdür. Üzv olmaqla ölkələr hasilat şirkətlərinin mədənçıxarma hüquqlarının əldə edilməsindən satışdan əldə edilən gəlirlərin bölüşdürülməsinə qədər fəaliyyətinin bütün mərhələlərində məlumatı açıqlamağı öhdəsinə götürürlər. Təşkilata 60-a yaxın dövlət daxildir. (lent.az)
Teqlər: