Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin növbəti görüşü Bakıda keçiriləcək

Qeyd olunub ki, üç ölkə başçısı enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə edərək, təbii qaz təchizatının xüsusi əhəmiyyətini vurğulayıb. Bu məqsədlə tərəflər birgə fəaliyyət və layihələri, o cümlədən mümkün investisiyaları, enerji resurslarının sabit və etibarlı təchizatının və tranzitinin inkişafını dəstəkləyirlər.
Vurğulanıb ki, bəyanat 25 bənddən ibarətdir. Sənəddə Türkiyə, Türkmənistan və Azərbaycanın ortaq tarixə malik yaxınlıq əsasında dövlətlərarası münasibətləri hərtərəfli inkişaf etdirmək və dərinləşdirmək öhdəlikləri öz əksini tapıb.
AzVision.az
Teqlər: