Ukraynanın Kramatorsk şəhəri yaxınlığında 6 hərbçi həlak oldu

Ukraynanın Kramatorsk şəhəri yaxınlığında 6 hərbçi həlak oldu
  14 May 2014    Oxunub:892
Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 6 hərbçi həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.

“Terrorçular hərbçiləri minaatanlardan və avtomat silahdan atəşə tutub. Minaatanlardan açılan ilk atəş nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, 3 nəfər isə yaralanıb. Döyüş nəticəsində, ümumilikdə, 6 hərbçi həlak olub, daha 8 nəfər isə yaralanıb”, deyə məlumatda bildirilir.

Separatçılar arasında ölən və yaralananlar barədə məlumat verilmir.



Teqlər:





Xəbər lenti