Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına 168 şirkət daxil ediləcək

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına    168 şirkət    daxil ediləcək
  16 Dekabr 2022    Oxunub:686
Avropa İttifaqının doqquzuncu anti-Rusiya sanksiyaları paketinə hərbi-sənaye kompleksi ilə bağlı 168 təşkilat daxil ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis “Twitter”də məlumat yayıb.

O, qeyd edib ki, yeni paket İT avadanlığı, PUA və elektronikanın ixracına qoyulan məhdudiyyətləri genişləndirir. Bundan başqa, dağ-mədən sektorunda, biznes xidmətləri, reklam, marketinq araşdırmaları və ictimai rəy sorğularında da məhdudiyyətlər genişlənir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti