"Bakı üçün 2 qırmızı xətt var" - Ermənistanın keçmiş baş naziri

   "Bakı üçün 2 qırmızı xətt var" -    Ermənistanın keçmiş baş naziri
  16 Dekabr 2022    Oxunub:657
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan Azərbaycanla bağlı bir sıra diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, “Ayeli” klubunda keçirdiyi mətbuat konfransında Laçın dəhlizindəki vəziyyətə toxunub. O, azərbaycanlılar niyə yolu bağlayıblar? sualına belə cavab verib: "Azərbaycanın iki qırmızı xətti var. Birincisi ən azı bu yola tam nəzarət etməkdir. İkincisi isə 9 noyabr müqaviləsində qeyri-müəyyən şəkildə ifadə olunan Naxçıvana dəhlizin açılmasına nail olmaqdır".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti