Ermənistanda milli parkın rəhbəri saxlanılıb

Xüsusilə, direktor nəzarətində olan ərazilərin müfəttişlərlə qəbul və təhvili prosesini təşkil etməyib. Ərazilərdən biri isə nəzarətsiz qalıb.
Belə şəraitdə 2021-ci ilin dekabrından 2022-ci ilin yanvarınadək "Aqarçin" ərazisində 32 ağac kəsilib və dövlətə 2,2 milyon dram məbləğində ziyan vurulub.
Məmura qarşı ittiham irəli sürülüb və onun səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edilib. Qanunsuz ağac kəsimi həyata keçirən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan