Putin Minskə gedəcək

   Putin Minskə gedəcək
  16 Dekabr 2022    Oxunub:889
Dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə danışıqla aparmaq üçün Minskə işgüzar səfərə gedəcək.
AzVision.az xəbər verir ki, Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Planlaşdırıldığı kimi, dövlət başçıları danışıqlar çərçivəsində əvvəllər qəbul edilmiş birgə proqramlarının icrasını ətraflı müzakirə edəcəklər. İlk növbədə ticari-iqtisadi əməkdaşlıq layihələri müzkirə ediləcək".

Mətbuat xidmətindən verilən məlıumatda danışıqların əsasının enerji sektorunda əməkdaşlıq olacağı qeyd edilib. Mətndə deyilir ki, prezidentlər həmçinin təhlükəsizlik məsələlərinə toxunacaq, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti