Türkiyədə törədilən partlayışda 9 nəfər yaralanıb

Türkiyədə törədilən partlayışda 9 nəfər yaralanıb
  16 Dekabr 2022    Oxunub:585
Türkiyənin Diyarbəkir bölgəsində güclü partlayış törədilib.
Mardin yolunda xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi yerdə bomba partladılıb. Parlayış yol kənarında dayanan avtomobildə olub.

Yaralanmış 8 polis məmuru və bir mülki şəxs xəstəxanalara aparılıb. Onlar üçün həyati təhlükə yoxdur. Partlayışa görə iki nəfər şübhəli qismində saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti