İrəvanda yüzlərlə polis şam ağacını müxalifətdən qoruyur - VİDEO

   İrəvanda yüzlərlə polis şam ağacını müxalifətdən qoruyur -    VİDEO
  14 Dekabr 2022    Oxunub:1092
Bu gün Ermənistan müxalifəti İrəvanda etiraz aksiyası keçirib. AzVision.az xəbər verir ki, siyasi partiyaların nümayəndələri ilə yanaşı fəalların da qoşulduğu aksiya çoxsaylı polislərin müşayiəti ilə baş tutub.
Etirazçılar Laçın dəhlizinin bağlanmasına qarşı çıxaraq İrəvan hakimiyyətinin əleyhinə şüarlar səsləndiriblər. Erməni mediası aksiya səbəbindən paytaxtda yaranmış gərginliklə bağlı maraqlı məqamlara toxunub. Bunlardan biri İrəvan meriyasının mərkəzi meydanda quraşdırdığı nəhəng şam ağacının qorunması olub.

Qeyd edilir ki, müxalifətin hökumət binasının yanında keçirilən mitinqi zamanı bir neçə yüz polis əməkdaşı Respublika meydanında quraşdırılmış bahalı şam ağacını əhatəyə alıb. Görünür polislərə şam ağacını qorumaq tapşırılıbmış ki, qəzəbli kütlə onu tələf etməsin.



Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Etiraz  





Xəbər lenti