İran Rusiya ilə kosmik əməkdaşlıq haqqında memorandum imzalayıb

İran Rusiya ilə kosmik əməkdaşlıq haqqında memorandum imzalayıb
  14 Dekabr 2022    Oxunub:623
İran çərşənbə günü Rusiya ilə kosmos sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalayıb. Tərəflər peyklərin istehsalı üzrə birgə layihələr üzərində işləyəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariyə istinadən məlumat yayıb.

Agentlik həmçinin əlavə edib ki, memoranduma əsasən, Tehran və Moskva telekommunikasiya peyklərinin birgə layihələndirilməsi və qurulması ilə yanaşı bu proses üçün zəruri infrastrukturun qurulması, kosmos sferasında birgə təlim kurslarının keçirilməsi ilə bağlı da əməkdaşlığı inkişaf etdirəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti