İrəvan hərbi hissə komandirini mövqe itkilərinə görə həbsə atıb

   İrəvan    hərbi hissə komandirini    mövqe itkilərinə görə həbsə atıb
  14 Dekabr 2022    Oxunub:633
Ermənistanda N saylı hərbi hissənin komandiri A.X döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Cinayət işi ilə bağlı materiallarda göstərilir ki, A.X 15 aprel 2021-ci il tarixdə döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə bağlı verdiyi 5 aprel tarixli əmrinin icra edilmədiyini bilərək, təqsirkarların cəzalandırılması və yaranmış vəziyyətin düzəldilməsi üçün heç bir tədbir görməyib.

Postda komandirini öldürən erməni əsgər həbs edildi
"Nəticədə A.X.-nin səhlənkarlığı səbəbindən Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların irəliləməsini dayandırmaq imkanlarından məhrum edilib və 2021-ci il mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Verin Şorj, Kut və Norabak kəndləri istiqamətində sərbəst şəkildə Qeqarkunik rayonuna daxil olub və strateji yerləri nəzarətə götürüblər. Faktla bağlı prokurorun qərarı ilə cinayət işi başlanıb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cinayət  





Xəbər lenti