"Müxalifətçilər Qarabağı elə sevirlərsə, niyə ora getmirlər?" - Erməni deputat

   "Müxalifətçilər Qarabağı elə sevirlərsə, niyə ora getmirlər?" -    Erməni deputat
  14 Dekabr 2022    Oxunub:873
Ermənistan parlamentinin deputatı Hakob Aslanyan işğaldan azad olunan Qarabağla bağlı diqqət çəkən açıqlama verib. Deputat jurnalistlərlə söhbətində müxalifəti təmsil edən həmkarlarının Qarabağa dair təkliflərini tənqid edib.
O həmçinin qeyd edib ki, ölkəsi guya diplomatik gedişlər səbəbindən Qarabağın heç vaxt Azərbaycan ərazisi olmayacağını elan etmir. Aslanyan jurnalistləri bu taktikanın doğru olmasına inandırmağa da çalışıb.

“Əgər sizin haqqında danışdığınız müxalifətçilər Qarabağı bu qədər sevirlərsə, ora getsinlər və Xankəndini müdafiə etsinlər”, - erməni deputat yolların bağlı olmasından danışarkən qeyd edib.

Qeyd edək ki, Ermənistanın radikal müxalifəti revanşist məqsədlər üçün Bakının əlyehinə xüsusi bəyanat layihəsinin qəbul edilməsini təklif edir. Layihədə Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti