Makronun pensiya islahatı etirazlarla qarşılandı

   Makronun pensiya islahatı etirazlarla qarşılandı
  14 Dekabr 2022    Oxunub:729
Fransanın 8 həmkarlar ittifaqı təşkilatı pensiya islahatına etiraz olaraq nümayişə başlayacağını bəyan edib.
Fransada pensiya islahatları yenidən gündəmə gəlib. Hökumət əvvəlcə pensiya islahatlarını dekabrın 15-də elan edəcəyini bildirsə də, sonradan prezident E.Makron bu islahatların yanvarın 10-da elan olunacağını bəyan edib. Yeni islahatlara görə, pensiya yaş həddi 64-65 yaşdan başlayacaq.

Ölkədə CFDT, CGT, FO, CFE-CGC, CFTC, Unsa, Solidaires və FSU kimi 8 həmkarlar ittifaqı təşkilatı isə buna etiraz olaraq 64 yaşa, eləcə də 65 yaşa “yox” deyəcəyini bildirib. Onlar hökumətdən, həmçinin tələb edirlər ki, əməyin ağırlığı məsələsi nəzərə alınmalıdır. Ağır işdə çalışan insanlar təqaüdə azı 2 il tez çıxmalıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti