Britaniya Rusiyanın 10 generalına sanksiya tətbiq edib

Britaniya Rusiyanın 10 generalına sanksiya tətbiq edib
  13 Dekabr 2022    Oxunub:959
Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin komandanlığına daxil olan 10 general və 2 polkovnikə sanksiya tətbiq edib.
AzVision.az xəbər verir ki, Rusiya qanadlı raketlərinin proqramlaşdırılması və hədəflənməsinə cavabdeh olan bölmənin komandiri kimi tanınan general-mayor Robert Baranov da sanksiya siyahısına düşənlər arasındadır.

Bildirilib ki, rəsmi London Rusiyaya PUA tədarük etməkdə ittiham etdiyi İran sahibkarlarına və məmurlarına da qarşı sanksiya tətbiq edəcək. Xarici İşlər Naziri Ceyms Kleverli bildirib ki, İran rejimi öz xalqının dəyişiklik çağırışları qarşısında getdikcə daha çox təcrid olunur və sağ qalmaq üçün ümidsiz bir cəhdlə Putinlə pis sövdələşmələr bağlayır.

AzVision.az



Teqlər:





Xəbər lenti