Paşinyan Laçın dəhlizinə görə Təhlükəsizlik Şurasının iclasını keçirib

   Paşinyan Laçın dəhlizinə görə Təhlükəsizlik Şurasının iclasını keçirib
  13 Dekabr 2022    Oxunub:707
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak edib.

Müzakirə mövzusu isə regionda, xüsusən də Laçın dəhlizində yaranmış vəziyyət olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan   İclas   Dəhliz  





Xəbər lenti