ABŞ Dövlət Departamentindən Laçın dəhlizi açıqlaması

   ABŞ Dövlət Departamentindən Laçın dəhlizi açıqlaması
  13 Dekabr 2022    Oxunub:646
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti şərh edib.
Onun sözlərinə görə, yaranmış vəziyyət ABŞ-ın diqqət mərkəzindədir. Prays gərginliyin azaldılması, İrəvanla Bakı arasında davamlı və hərtərəfli nizamlanma prosesinin yaradılmasının vacibliyinə işarə edib.

O, hər iki ölkənin xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşünü xatırladıb.

Prays həmçinin qeyd edib ki, hər iki ölkə gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Dəhliz  





Xəbər lenti