Polis Avropa Parlamentinin binasında axtarış aparıb

Polis Avropa Parlamentinin binasında axtarış aparıb
  12 Dekabr 2022    Oxunub:671
Belçika polisi Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan korrupsiya ilə bağlı araşdırma çərçivəsində Parlamentin binasında axtarış aparıb.
Bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Axtarışın təfərrüatları açıqlanmayıb, lakin bildirilib ki, bu, artıq qeyd edilən iş üzrə dörd gün ərzində aparılan iyirminci axtarışdır.

Xatırladaq ki, Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılmışdı. Daha öncə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, bu əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla, 4 nəfərin saxlanıldığı barədə məlumat yaymışdı.


AzVision.az


Teqlər:





Xəbər lenti