Ronaldu Portuqaliya millisini tərk edə bilər

Ronaldu Portuqaliya millisini tərk edə bilər
  08 Dekabr 2022    Oxunub:927
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldu baş məşqçi Fernando Santosla yaşanan münaqişəyə görə komandanı tərk edə biləcəyini bəyan edib.
AzVision.az -ın məlumatına görə, bu barədə “Record” xəbər yayıb. 37 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra komandadan getmək barədə düşünüb.

Ronaldu Santosun qərarından narazı qalaraq, məşqçiyə qışqıraraq deyib: “Sən məni əvəz etməyə tələsirsən!”. Xatırladaq ki, həmin qarşılaşmada futbolçu 65-ci dəqiqədə əvəzlənib.
Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.

Portuqaliya növbəti matçını penaltilər seriyasında daha güclü olmaqla 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıran Mərakeşə qarşı keçirəcək. Oyun dekabrın 10-da baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti