Qəbələ sakini dağda itkin düşüb

Qəbələ sakini dağda itkin düşüb
  03 Dekabr 2022    Oxunub:533
Qəbələdə 1 nəfər dağlıq-meşəlik ərazidə itkin düşüb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. FHN-in "112" qaynar telefon xəttinə noyabrın 30-da Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlunun itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir".

AzVision.az



Teqlər:





Xəbər lenti