Bosniya və Herseqovinanın ən böyük körpüsünü Azərbaycan şirkəti inşa edir

Bosniya və Herseqovinanın ən böyük körpüsünü Azərbaycan şirkəti inşa edir
  15 Noyabr 2022    Oxunub:982
Bosniya və Herseqovinanın ən böyük körpüsü Azərbaycanın “AzVirt” şirkəti tərəfindən inşa olunur.
AzVision.az xəbər verir ki, Bosniya və Herseqovinanı Avropaya birləşdirən 5C avtomobil yolu layihəsi çərçivəsində inşa edilən Poçitel körpüsü bir kilometr uzunluğunda və təxminən 100 metr hündürlüyündə olacaq.

Bir neçə ay əvvəl körpünün S3-S4 dayaqları arasındakı, ötən günlərdə isə S2-S3 dayaqları arasındakı aşırımlar birləşdirilib.

Prenj tuneli ilə birgə avtomobil yolu layihəsinin ən çətin hissələrindən birini təşkil edən körpünün yaxın vaxtlarda tamamlanması planlaşdırılır.

AzVision.az



Teqlər: Körpü  





Xəbər lenti