Avropa İttifaqından Rusiyaya əlavə sanksiya

Avropa İttifaqından Rusiyaya əlavə sanksiya
  10 May 2014    Oxunub:902
Avropa İttifaqı Rusiyanın daha 15 vətəndaşının adını “ qara siyahısına” salıb.
Avropa İttifaqının daimi nümayəndələri komitəsi Rusiyaya əlavə sanksiya tətbiq olunması ilə bağlı razılığa gəliblər. Razılığa əsasən daha 15 rusiyalı “qara siyahıya” düşüb. Bundan əlavə 5 Krım şirkətinə də sanksiya qoyulacaq.

Buna baxmayaraq dəqiq qərar gələn həftənin birinci günü, mayın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə qəbul olunacaq. Ekspertlərin fikrincə, xarici siyasət rəhbərləri bu təşəbbüsü mütləq təsdiqləyəcəklər.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti