İran qaz nəqlində Ermənistan ərazisindən istifadə edəcək

İran qaz nəqlində Ermənistan ərazisindən istifadə  edəcək
  09 May 2014    Oxunub:970
İran Almaniya, Fransa və Fransa daxil olmaqla digər Avropa ölkələrinə təbii qazını boru vasitəsi ilə və ya maye qaz şəklində ixrac etməyə hazırdır.

AzVision.az-ın verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi İRNA agentliyinə bildirib.

Mətbuat konfransında çıxış edən nazir müavini qeyd edib ki, Avropa ölkələri İran qazını nəql etmək üçün 3 marşrutdan istifadə edə bilərlər. Onun sözlərinə görə, hazırkı şəraitdə bu marşrutlardan iqtisadi cəhətdən ən sərfəlisi Türkiyə ərazisindəki qaz borusu sayılır. O qeyd edib ki, Avropa yeni qaz tədarükçülərinin axtarışında olduğu halda İran qazının Avropaya ixracı çox uğurlu bir razılaşma olacaq.

Məcidi ikinci marşrutun İraq, Suriya, Livan və Aralıq dənizindən keçdiyini bildirib. “Üçüncü marşrut isə Ermənistan, Gürcüstan və Qara dənizdən keçən qaz borusudur. Nazir müavini qeyd edib ki, qazın Avropaya borular vasitəsi ilə tədarük olunması üçün xeyli hazırlıq işləri və vaxt tələb olunur və Tehran, bu səbəbdən, hələlik Avropaya maye qaz ixrac etməyə hazırdır.

Nazir müavinin sözlərinə görə, hazırda Pakistan və Hindistan ilə qaz sazişinin bağlanılması istiqamətində danışıqlar aparılır. Məcidi qeyd edib ki, İran tədricən Qazaxıstan və Türkmnistan daxil olmaqla Orta Asiya ölkələri ilə qaz sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

“İRNA” dövlət xəbər agentliyi qeyd edir ki, İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və Avropa Birliyi Rusiyadan asılacağını azaltmağa çalışdığı halda İran Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş ola bilər. (apa)


Teqlər:  





Xəbər lenti