Ukrayna ordusu hakimiyyətə qarşı çıxdı - Video

Ukrayna ordusu hakimiyyətə qarşı çıxdı - Video
  08 May 2014    Oxunub:1124
İnternetdə Ukrayna hərbçilərinin ölkənin baş naziri Arseniy Yatsenyuka olan müraciətini əks etdirən video-çarx yayılıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Mariupol şəhərində dislokasiya olan hərbçilər maaş azlığından şikayətlənib və Kiyev hakimiyyətini çevriliş etməklə hədələyiblər.



“Mister Yatsenyuk and kompani”, iki ay ərzində 1300 qriven (təxminən 111 dollar) əmək haqqına görə, sizə təşəkkür edirəm. Burada olan qardaş və bacılarımdan eşitdiklərimin hamısını sizə arzulayıram. Mənə inanın, mən utanıram”.

Sonra hərbçi kameraya yaxınlaşaraq əlavə edib: “Siz məni eşidirsiniz? Düşünün, Çünki, biz bu tankları sizə qarşı çevirə bilərik. Amin. Adios”.

Qeyd edək ki, aprel ayında Ukrayna hökuməti səfərbərlik zamanı çağırışçıların da müqavilə ilə işləyən hərbçilər kimi maaş alması haqqında qərar qəbul edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti