Luqansk və Donetsk referendumu təxirə salmadı
Donetsk vilayəti də referendumun keçirilməsini təxirə salmaqdan imtina edib. Bu barədə “Donetsk Xalq Respublikası”nın (DXR) sədri Denis Puşlin bildirib.
“Referendum may ayının 11-də keçiriləcək, biz hazırlaşırıq, bülletenlər çap edilir, hər şey qüvvədədir. Heç nə dəyişməyəcək və təxirə salınmayacaq”.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin "dialoq üçün lazımi şərait yaratmaq məqsədilə" referendum səsverməsinin təxirə salınmasını Klikləyin məsləhət görüb.
O, həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsini "düzgün yol" adlandırıb.
Teqlər: