Taciklərlə Qırğızlar müharibə ərəfəsində
Hadisə çərşənbə axşamı Tacikistanın İsfarin və Qırğızıstanın Batkent rayonları arasında yerləşən sərhəddə baş verib. Qarşıdurma da minə yaxın insan iştirak edib, onlar bir-birini daş-qalaq ediblər. Tərəfləri sakitləşdirmək üçün hər iki ölkə sərhədçiləri havaya atəş açıblar.
Münaqişənin baş vermə səbəbi bilinmir. Rəsmi Düşənbə hadisəni şərh etməkdən imtina edir.
Rəsmi Bişkek isə qarşıdurmanın Tacikistan vətəndaşları tərəfindən başladıldığını bildirib. Məlumata görə, onlar Qırğızıstan vətəndaşına avtomobilini daş-qalaq ediblər.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: