Putindən Şərqi Ukrayna ilə bağlı geriyə qəfil addım
V. Putin hesab edir ki, Ukrayna hakimiyyəti cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa getməlidir: “Dialoqun əsas şərti silahlı qüvvələrdən, eləcə də qanunsuz silahlı dəstələrdən istifadə etməklə hər cür zorakılığa son qoyulmasıdır”.
Xatırladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində inzibati binaları ələ keçirən silahlı separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər. (Apa)