Beldə ağrılar 3 növ xərçəngdən xəbər verə bilər

   Beldə ağrılar 3 növ xərçəngdən xəbər verə bilər
  28 Sentyabr 2022    Oxunub:998
Kürəkdə, beldə davamlı, müalicəyə tabe olmayan ağrılar təkcə onurğa, əzələ ilə bağlı olmur. Bu bəzi bəd xəstəliklərin də simtpomu ola bilər.
AzVision.az xəbər verir ki, 80% hallarda bel ağrıları nevroloji, degenerativ və gərginlikdən olur.

Britaniya Milli Səhiyyə xidməti bel ağrılarında diqqətli olmağa çağırıb.

Həkimlər bildirir ki, ağrıların davam etmə müddətinə baxmaq lazımdır.

"Əgər siz müalicə edə-edə ağrıların 3-5 həftədən çox davam etdiyini görürsüzsə, mütləq daxili orqanlar yoxlanmalıdır.
Hansı xərçəng növlərində bel ağrısı ola bilər.

Daha çox qadınlarda süd vəzi, ağciyər, kişilərdə ağciyər xərçəngində.

Eləcə də sidik kisəsinin şişləri kürəyin aşağısına ağrı verə bilir.

Onurğa beyin xərçəngi də belə yayğın ağrılar verir.

Yanaşı bu əlamətlər olmaldır: əl-ayaqlarda zəiflik, yerişdə dəyişiklik, zəiflik, keyimə.

Ağciyər xərçəngində beldə ağrı ilə yanaşı öskürək, təngnəfəslik, tərləmə, arıqlama, bronxdan qan gəlmə ola bilir.
Xüsusən siqaret çəkənlər bel ağrılarında mütləq onurğanın və ağciyərlərin KT çəkimini etməlidir.(medicina.az)
AzVision.az




Teqlər:





Xəbər lenti