15-yaşlı qızların dünyaya gətirdiyi uşaqların STATİSTİKASI

   15-yaşlı qızların dünyaya gətirdiyi uşaqların    STATİSTİKASI
  28 Sentyabr 2022    Oxunub:871
2021-ci ildә 15-29 yaşda olan gәnc qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, ötən il 15-29 yaşda olan qadınlar tәrәfindәn diri doğulan uşaqların sayı 81623 olub. 15-19 yaşda qadınların dünyaya gətirdiyi uşaqların sayı 9476, 20-24 yaşda 35436, 25-29 yaşda 36711 olub.

15-19 yaşda qadınlar tərəfindən doğulan uşaqların 7504-ü birinci, 1886-sı ikinci, 80-i üçüncü, 5-i dördüncü, 1-i beşinci uşaqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti