Xaricdən 19 kq-dan artıq narkotik gətirmək istədi

Xaricdən 19 kq-dan artıq narkotik gətirmək istədi
  18 Avqust 2022    Oxunub:1043
Xaricdən Azərbaycana 19 kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində tutulub.

Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, ayrı-ayrı bükümlərdə 5 kiloqram 295 qram heroin, 1 kiloqram 360 qram metamfetamin, 4 kiloqram 560 qam tiryək, 6 kiloqrama yaxın həşiş qətranı və 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti