Şamaxıdakı yanğın söndürülüb

   Şamaxıdakı yanğın söndürülüb
  17 Avqust 2022    Oxunub:421
Ötən gün Şamaxı rayonunun Mədrəsə qəsəbəsində, Qaranohur deyilən ərazidə baş verən yanğın bu gün gecə saat 2 radələrində söndürülüb.
Yanğınla mübarizədə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 30 nəfər şəxsi heyəti və 4 yanğınsöndürən maşını, köməyə gələn Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 18 nəfər canlı qüvvəsi və 2 maşını çalışıb. Yanğının söndürülməsində, habelə 15 nəfərədək qəsəbə sakini də iştirak edib.

Ərazinin dağlıq və kol-kos olması yanğınsöndürənlərin işini çətinləşdirsə də, onların gərgin səyi ilə yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Təqribən 30 hektaradək ərazi yanıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır, əhatə dairəsi dəqiqləşdirilir.

AzVision.az

Teqlər:







Xəbər lenti