Narkotik çəkib maşın sürən şəxs saxlanılıb

Narkotik çəkib maşın sürən şəxs saxlanılıb
  13 Avqust 2022    Oxunub:1366
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. AzVision.az xəbər verir ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi “Toyota” markalı 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda nəzarət qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətə sürücülük hüququndan məhrum edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti