Şəkidə ağır qəza olub, yaralananlar var

Şəkidə ağır qəza olub,    yaralananlar var
  09 Avqust 2022    Oxunub:1318
Şəkidə mikroavtobus qəzaya düşüb. AzVision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti